Sami Yusuf azərbaycanlı musiqiçilərin iştirakı ilə Fəsdəki festivalda çıxış edib
Sami Yusuf Mərakeşin Fəs şəhərində keçirilən Dünya Müqəddəs Musiqisi Festivalına qatılıb, konsertdə azərbaycanlı musiqiçilər də iştirak ediblər.
"Far.Az" xəbər verir ki, tədbir iyunun 6-da Mərakeş Kralı VI Məhəmmədin himayəsi altında keçirilən festivalın 29-cu sessiyası çərçivəsində baş tutub.
Konsert Fəsin əsas tarixi məkanlarından biri olan Bab Al Makina səhnəsində keçirilib. Proqram anşlaq toplayıb və beynəlxalq auditoriyanın böyük marağına səbəb olub.
Sami Yusuf öz ansamblının Türkiyə, Böyük Britaniya, Fransa, Çin, İordaniya, Azərbaycan və Mərakeşdən olan musiqiçiləri birləşdirdiyini qeyd edərək, mədəniyyətlərarası dialoq ideyasını vurğulayıb.
Proqramda dini və sufi əsərləri, eləcə də müasir kompozisiyalar səsləndirilib. "Madad", "Mawlana" və "Hasbi Rabbi" ifaları tamaşaçılarda xüsusi rəğbət doğurub.
Orkestrin tərkibində Azərbaycanı dörd musiqiçi təmsil edib: Məhsəd Əzizov (balaban), Zakir Vəliyev (tar), Elvin Novruzov (kamança) və İdris Hüseynov (ud).
Konsertdən sonra Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov sənətçilərlə görüşüb və çıxışlarına görə onlara təşəkkür edib.
Fəsdəki Dünya Müqəddəs Musiqisi Festivalı ənənəvi olaraq dünyanın hər yerindən 160-dan çox sənətçini bir araya gətirir və incəsənət vasitəsilə mədəniyyətlərarası dialoqun aparıcı məkanlarından biri hesab olunur.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Böyük Britaniya kralı III Çarlz Qarabağ atlarının şousunu izləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













