IATA rəhbəri aviasiya infrastrukturuna sərmayə yatırmağa çağırıb
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ölkələri aviasərnişinlərin hüquqlarının müdafiəsi üzrə Avropanın EU261 reqlamentini nümunə götürməməyə çağırıb.
"Report"un Rio-de-Janeyroda olan müxbiri xəbər verir ki, bu barədə IATA-nın baş direktoru Uilli Uolş assosiasiyanın 82-ci illik toplantısının (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammitinin (WATS) açılış mərasimində bildirib.
"EU261 reqlamenti etalon deyil. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Avstraliya və Dubay vaxtında EU261-dən uzaq durmaq qərarı veriblər və digər ölkələr də onlardan nümunə götürməlidirlər", - U.Uolş bildirib.
Bununla yanaşı, IATA rəhbəri vurğulayıb ki, hökumətlər reyslərin gecikməsinin əsas səbəblərindən biri olan infrastruktur problemlərinin həllinə diqqət yetirməlidir.
Onun sözlərinə görə, səmərəli aviasiya infrastrukturu gecikmələrin sayını əhəmiyyətli dərəcədə azalda bilər. Hazırda dünyada 400-ə yaxın hava limanı slotların əlaqələndirilməsinə ehtiyac duyur, çünki mövcud imkanlar pik saatlarda tələbatı ödəməyə imkan vermir.
"Hava hərəkətinin idarə edilməsi üzrə köhnəlmiş sistemlər bu cür daşıma həcmlərinin idarə olunmasının öhdəsindən çətinliklə gəlir. Reyslərin gecikməsi məhsuldarlıq və rəqabətqabiliyyətlilik üçün ciddi bir yükə çevrilir. Buna görə də infrastruktur problemlərinin həlli prioritet olaraq qalmalıdır", - U.Uolş qeyd edib.
O, həmçinin hava limanı sənayesindəki qeyri-bərabər vəziyyətə diqqət çəkib. Onun sözlərinə görə, bir sıra dövlətlər aviasiyanın iqtisadi potensialından maksimum istifadə etməyə çalışaraq, daşımaların gələcək artımını stimullaşdırmaq üçün yeni hava limanı obyektlərinin tikintisinə və mövcud infrastrukturun genişləndirilməsinə investisiya yatırır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək













