Ermənistanda səslərin 90%-i sayılıb: Paşinyanın partiyası liderliyini qoruyur
Far.Az xəbər saytı

Ermənistanda səslərin 90%-i sayılıb: Paşinyanın partiyası liderliyini qoruyur


Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 90% faizi sayılıb.

Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası səslərin 50,25 faizini qazanıb.

İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" partiyalar bloku 23,31% səs toplayıb. Keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,78% səslə üçüncü yerdə qərarlaşıb. Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 4,2% səs toplayıb.

Beləliklə, müxalifət hazırda səslərin ümumi sayının 36,88%-nə malikdir. Ölkədə 2005 seçki məntəqəsindən 1199-da səslər sayılıb.

Qeyd edək ki, partiyalar üçün limit 4%, bloklar üçün isə 8% təşkil edir.

Oxşar xəbərlər

Ermənistanda səslərin 90%-i sayılıb: Paşinyanın partiyası liderliyini qoruyur - YENİLƏNİB - 2
Ermənistan MSK: Paşinyanın partiyası səslərin 51,03%-ni toplayıb - YENİLƏNİB
Ermənistan MSK: Paşinyanın partiyası səslərin 51,03%-ni toplayır - YENİLƏNİB
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər