"Xalq Kapital İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb
Far.Az xəbər saytı

"Xalq Kapital İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb


"Xalq Kapital İnvestisiya Şirkəti" QSC 2025-ci ili 25 min manat xalis mənfəətlə başa vurub. Halbuki qurum 2024-cü ildən 36 min manat xalis zərərlə çıxmışdı.

"Far.Az" xəbər verir ki, bu il yanvarın 1-nə "Xalq Kapital"ın aktivləri 998 min manat olub ki, bu da illik müqayisədə 2,8 % çoxdur.

Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 3,3 % artaraq 31 min manata, balans kapitalı isə 2,7 % artaraq 966 min manata çatıb.

Xatırladaq ki, "Xalq Kapital" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100 % "Xalq Bank" ASC-dir.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər