ABA: Türk dövlətlərində rəqəmsal ödəniş inteqrasiyası üçün yeni imkanlar genişlənir
Türk dövlətlərində rəqəmsal ödəniş inteqrasiyası üçün yeni imkanlar genişlənir.
"Far.Az" xəbər verir ki, bunu Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, rəqəmsal transformasiyanın sürətlənməsi və ödəniş ekosistemində müşahidə edilən inkişaf tendensiyaları Türk dövlətlərinin maliyyə bazarları arasında qarşılıqlı inteqrasiya üçün əlverişli imkanlar yaradır: "Qabaqcıl regionların təcrübəsi göstərir ki, rəqəmsal ödəniş sistemləri artıq uzun müddətdir şaxələnmiş inteqrasiya modelləri əsasında fəaliyyət göstərir. Bu baxımdan, Avropa İttifaqında SEPA və TARGET2 kimi ödəniş sistemləri, eləcə də ASEAN ölkələri - Tailand, Sinqapur, Malayziya, İndoneziya və Kamboca arasında rəqəmsal ödəniş ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslər xüsusi diqqət çəkir".
O hesab edir ki, Türk dövlətlərində rəqəmsal ekosistemin formalaşdırılması istiqamətində atılan uğurlu addımlar, o cümlədən ödəniş xidmətləri və ödəniş sistemləri üzrə tənzimləmə və nəzarət çərçivəsinin təkmilləşdirilməsi, rəqəmsal banklar haqqında qanunvericiliyin qəbul edilməsi, kriptovalyuta sahəsində hüquqi bazanın formalaşdırılması, ani ödəniş sistemlərinin tətbiqi və innovativ həllərin genişləndirilməsi - qarşılıqlı inteqrasiya əlaqələrinin daha da dərinləşməsi üçün mühüm zəmin yaradır.
Oxşar xəbərlər
Zakir Həsənov: Gürcüstanla hərbi sahədə əlaqələrimiz inkişaf edib
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Zakir Həsənov azad edilən ərazilərdə hərbi hissələrdə görülən işlərlə tanış olub
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ABŞ-ın Vitse-prezidenti Cey Di Vensə açıq məktub ünvanlayıblar
Azərbaycan QHT nümayəndələri ABŞ-nin Vitse-prezidentinə açıq məktub ünvanlayıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!













