SWIFT: Bank müştərilərinin 20 %-i beynəlxalq ödənişlərin izlənilməsindən razıdır
Far.Az xəbər saytı

SWIFT: Bank müştərilərinin 20 %-i beynəlxalq ödənişlərin izlənilməsindən razıdır


Beynəlxalq ödənişlərin izlənilə bilməsi bank müştərilərinin əsas narazılıq səbəblərindən biri olaraq qalır.

"Report" xəbər verir ki, bunu Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (Society for Worldwide Interbank Financial Telecommunication - SWIFT) MDB ölkələri və Qafqaz regionu üzrə ölkə meneceri İrina Lorer Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.

Onun sözlərinə görə, hər 10 bank müştərisindən yalnız 2-si bankların təqdim etdiyi beynəlxalq ödəniş izləmə imkanlarından razıdır.

"Müştərilər ödənişlərin hansı mərhələdə olduğunu real vaxt rejimində görmək istəyirlər. Bu məqsədlə SWIFT GPI xidməti hazırlanıb və ödənişlərin tam izlənilməsinə imkan yaradır. Təşkilat bu xidməti artıq yalnız bankların daxili sistemləri üçün deyil, həm də müştərilərin istifadə etdiyi rəqəmsal kanallara inteqrasiya edir", - deyə SWIFT rəsmisi qeyd edib.

O, əlavə edib ki, beynəlxalq ödənişlər üzrə komissiyaların və əlavə xərclərin qeyri-şəffaf olması müştərilərin əsas problemlərindən biri olaraq qalır: "Beynəlxalq araşdırmalara görə, bank müştərilərinin yalnız üçdə biri beynəlxalq ödənişlər zamanı tətbiq olunan komissiyalar və ödənişlər barədə məlumatlandırılma səviyyəsindən razıdır. Gələcəkdə müştərilər ödənişi təsdiqləməzdən əvvəl bütün xərcləri görə bilməlidirlər. İdeal modeldə ödənişə aid bütün komissiyalar və xərclər əməliyyat başlamazdan əvvəl istifadəçiyə göstərilməlidir".

Oxşar xəbərlər

SWIFT: Beynəlxalq köçürmələrdə səhvlərin qarşısını almaq üçün yeni xidmətlər təklif edirik
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
SWIFT: Rəqəmsal bankçılıqla bağlı düşüncə tərzi dəyişməlidir
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Yelo Bank IX Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşı oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər