Sadiq Qurbanov: "500 sahibkar nazirliyə yaşıllıqlarla bağlı müraciət edib"
Far.Az xəbər saytı

Sadiq Qurbanov: "500 sahibkar nazirliyə yaşıllıqlarla bağlı müraciət edib"


Azərbaycanda təxminən 500 sahibkar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yaşıllıqlarla bağlı rəsmi şəkildə müraciət edib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov rəhbərlik etdiyi komitənin iclasında bildirib.

Deputatın sözlərinə görə, iş adamlarını narahat edən məsələ hansısa ağacı kəsməyə məcbur olmalarıdır.

"Biz qanunvericiliyi sərtləşdirir, yaşıllıqların məhv edilməsi ilə bağlı cərimələri artırırıq. Rayonlarda bir sıra problemlər var. Vətəndaşlara pay torpaqları verilib ki, onlar əksin, biçsin, gəlir əldə edib dolanışığını təmin etsin. Əkmək istəyəndə də məlum olur ki, hansısa kol, ağac buna mane olur. Onu götürəndə cərimələr tətbiq edilir. Biz torpağı mülkiyyətə vermişik. Amma oradakı ağac əşya sayılmadığına görə mülki qanunvericiliyin tələbi pozulur", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər