Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaratdığı elektron qeydiyyat sistemi vasitəsilə artıq 10 xarici rəqəmsal xidmət təchizatçısını vergi uçotuna alıb.
"Far.Az" quruma istinadən xəbər verir ki, qeydiyyatdan keçmiş şirkətlər sırasında "Apple", "Adobe", "Sony Interactive Entertainment", "Epic Games", "Chess.com" və digər beynəlxalq səviyyədə tanınmış rəqəmsal platformalar yer alır.
Bu ildən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2026-cı ilin sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.
Dəyişikliklərin məqsədi beynəlxalq rəqəmsal platformalar üçün vergi öhdəliklərinin yerinə yetirilməsini sadələşdirmək, bərabər rəqabət mühiti yaratmaq və rəqəmsal iqtisadiyyatda şəffaflığı artırmaqdır.
Vergi orqanında qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarından elektron xidmətlər əldə edilərkən ƏDV artıq alıcıların hesabından banklar tərəfindən tutulmur. Bunun əvəzinə, qeydiyyatdan keçmiş şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.
Qanunvericiliyin tətbiq dairəsi yalnız elektron formada iş və xidmətlərin təqdim edilməsini əhatə edir. Fiziki malların satışı, eləcə də elektron platformalar vasitəsilə məhsulların sifarişi və çatdırılması bu tənzimləmənin əhatə dairəsinə daxil deyil.
Qeydiyyatdan keçən beynəlxalq şirkətlərin sayının artması Azərbaycan vergi sisteminə etimadın göstəricisidir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatın inkişafı və şəffaf biznes mühitinin yaradılması istiqamətində fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













