"Azərbaycan İstilik Elektrik Stansiyası" ötən ili mənfəətlə başa vurub
"Azərenerji" ASC-yə məxsus "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC 2025-ci ili 35,989 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, stansiya 2024-cü ildən 4,196 milyon manat xalis zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il "Azərbaycan İstilik Elektrik Stansiyası"nın elektrik enerjisi satışından gəlirləri 418,918 milyon manat (əvvəlki ilə nisbətən 95,2 % çox), yanacaq xərcləri 261,987 milyon manat (76,4 % çox), köhnəlmə xərcləri 75,065 milyon manat (58,9 % çox), təmir və texniki xidmət xərcləri 7,102 milyon manat (52,4 % çox), işçi heyətinin saxlanılması xərcləri 9,41 milyon manat (9,15% çox), xammal və material xərcləri 828 min manat (1,5 % çox), digər xərcləri 10,834 milyon manat (2,5 dəfə çox), mənfəət vergisi ödəmələri 10,67 milyon manat (10,65 dəfə çox), digər vergi ödəmələri 7,033 milyon manat (95,8 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərbaycan İstilik Elektrik Stansiyası"nın aktivləri 1 milyard 806,316 milyon manat olub ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur. Hesabat dövründə Stansiyanın öhdəlikləri 72,4 % artaraq 530,553 milyon manata, balans kapitalı isə 2,7 dəfə artaraq 1 milyard 275,763 milyon manata çatıb.
Xatırladaq ki, "Azərbaycan İstilik Elektrik Stansiyası" kommersiya qurumu kimi 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,108 milyon manatdır.
Oxşar xəbərlər
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













