Həkim gündə bir yumurta yeməyin faydalarını açıqlayıb
Far.Az xəbər saytı

Həkim gündə bir yumurta yeməyin faydalarını açıqlayıb


Kardioloq Aurelio Roxas gündə cəmi bir yumurta qəbul etməyin orqanizmdə yaratdığı müsbət dəyişikliklərdən danışıb.

Far.Az xəbər verir ki, mütəxəssis bildirib ki, yumurta antioksidantlar, A, D, E və K vitaminləri, eləcə də yüksək keyfiyyətli zülalla zəngin qida məhsuludur.

Onun sözlərinə görə, yumurtanın tərkibindəki zülal əzələ kütləsinin qorunmasına kömək edir. Bu isə yaş artdıqca fiziki sağlamlığın saxlanılması və sağlam qocalma baxımından mühüm rol oynayır.

Kardioloq əlavə edib ki, yumurtanın müntəzəm və balanslı qidalanmanın tərkib hissəsi kimi istehlakı ümumi sağlamlığa müsbət təsir göstərə bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər