Üfüqi monitorinq çərçivəsində məlumat mübadiləsinə dair inzibati reqlament təsdiqlənib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində "Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin və məlumatların bu məqsədlə yaratdıqları məlumat mübadiləsi platformasında yerləşdirilməsi və vergi orqanının həmin platformaya çıxışının təmin edilməsi ilə bağlı inzibati reqlament" təsdiq olunub.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Reqlament Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin tətbiqi və DVX tərəfindən təsdiq olunmuş müvafiq Tədbirlər Planının icrası çərçivəsində hazırlanıb. Sənəd üfüqi monitorinqə cəlb olunan vergi ödəyiciləri ilə vergi orqanları arasında məlumat mübadiləsinin təşkili, vergilərin hesablanması və ödənilməsi ilə bağlı məlumatların operativ və etibarlı şəkildə əldə olunmasına xidmət edir.
Üfüqi monitorinq vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı etimada, şəffaflığa və açıq məlumat mübadiləsinə əsaslanan əməkdaşlıq modelidir. Yeni reqlamentə əsasən, üfüqi monitorinq iştirakçıları vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədləri və məlumatları bu məqsədlə yaratdıqları məlumat mübadiləsi platformasında yerləşdirəcək, vergi orqanı isə həmin platformaya çıxış əldə etməklə məlumatları operativ şəkildə qiymətləndirə biləcək. Bu yanaşma vergi risklərinin vaxtında müəyyən edilməsinə, mümkün uyğunsuzluqların erkən mərhələdə aradan qaldırılmasına və vergi inzibatçılığının daha səmərəli həyata keçirilməsinə imkan yaradacaq.
Reqlamentin tətbiqi vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinə, könüllü əməletmə səviyyəsinin artırılmasına və müasir rəqəmsal həllər əsasında vergi nəzarətinin təkmilləşdirilməsinə töhfə verəcək.
Sənəd 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Dövlət Xidmətində yüksək vəzifəyə yeni TƏYİNAT
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













