Azərbaycan Türkiyə Banklar Birliyinin İllik Toplantısında iştirak edib
Far.Az xəbər saytı

Azərbaycan Türkiyə Banklar Birliyinin İllik Toplantısında iştirak edib


Bu gün "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov Türkiyə Banklar Birliyinin İllik Toplantısında iştirak ediblər.

"Far.Az" Assosiasiyaya istinadən xəbər verir ki, toplantıda iqtisadiyyat və bank sektoru ilə bağlı aktual məsələlər müzakirə olunub, maliyyə sektorunun inkişaf trendləri, mövcud çağırışlar və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakar, Bank Tənzimləmə və Nəzarət Agentliyinin sədri Şahap Kavcıoğlu, Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan, xəzinə və maliyyə naziri Mehmet Şimşek çıxış ediblər.

Toplantı çərçivəsində bank sektorunun dayanıqlı inkişafı, iqtisadi proseslərin maliyyə bazarlarına təsiri, tənzimləmə mühiti və sektorun qarşısında duran prioritet məsələlər barədə müzakirələr aparılıb.

ABA beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və bank sektorunda qarşılıqlı təcrübə mübadiləsinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir.

Oxşar xəbərlər

Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Zakir Həsənov: Gürcüstanla hərbi sahədə əlaqələrimiz inkişaf edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər