Elnur Bağırov: "Rəqabət siyasəti regional iqtisadi inteqrasiyanın əsas dəstək mexanizmlərindən biri olmalıdır"
Rəqabət siyasəti regional iqtisadi inteqrasiyanın fundamental dəstək mexanizmlərindən birinə çevrilməlidir.
"Far.Az"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu" çərçivəsində təşkil olunan "TDT-nin hərəkətverici qüvvələrindən biri kimi rəqabət siyasətinin formalaşdırılması: regional əməkdaşlıq" mövzusundakı panel müzakirələrində bildirib.
Agentlik sədrinin qeyd etdiyinə əsasən, regional inteqrasiya rəqabət siyasəti ilə eyni vaxtda inkişaf etdirildiyi təqdirdə bazarların liberallaşdırılması, bərabər rəqabət mühitinin formalaşdırılması və iqtisadi effektivliyin yüksəldilməsi reallaşa bilər:
"Rəqabət siyasəti həm inteqrasiyanı dəstəkləyən inkişaf vasitəsi, həm də bu prosesə təkan verən hərəkətverici qüvvə rolunu oynamalıdır. İnteqrasiya bazarları genişləndirirsə, rəqabət siyasəti həmin bazarların səmərəli işləməsini təmin etməlidir. Türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi rəqabət siyasətinin əhəmiyyətini artırır".
E. Bağırov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin rəqabət orqanları arasında müntəzəm əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır: "Regional inteqrasiya prosesinin çağırışlarına nəticəli cavab vermək məqsədilə rəqabət qurumları arasındakı əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi labüddür. Bu kontekstdə qarşılıqlı kommunikasiya kanallarının qurulması, müntəzəm müzakirələrin həyata keçirilməsi, informasiya mübadiləsinin genişləndirilməsi və strateji istiqamətlər üzrə birgə bazar tədqiqatlarının aparılması xüsusi önəm daşıyır".
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Şuşada TDT-nin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Elnur Bağırov: "Transmilli korporasiyaların güclənməsi rəqabət siyasətini yenidən formalaşdırır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













