Alimlər hüceyrələrin qocalmasının gizli səbəbini müəyyən ediblər
Alman alimləri hüceyrələrin yaşlanması ilə bağlı mühüm kəşfə imza atıblar.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, hüceyrə membranlarının əsas lipidlərindən biri olan fosfatidilxolinin azalması yaşla əlaqədar enerji itkisi ilə birbaşa bağlıdır.
Məlumata görə, yaş artdıqca hüceyrələrin enerji stansiyası hesab olunan mitoxondrilərin membranları elastikliyini itirir. Nəticədə mitoxondrilər parçalanır, fəaliyyətləri pozulur və hüceyrələrin enerji təminatı zəifləyir.
Tədqiqatın aparıcı müəllifi Maria Ermolaeva bildirib ki, enerji istehsalı tam dayanmasa da, onun paylanması və istifadəsi daha az səmərəli olur. Bu isə hüceyrələrin müxtəlif yüklənmələrə uyğunlaşma qabiliyyətini azaldır.
Alimlər eyni zamanda prosesin qismən geri çevrilə biləcəyini də müəyyən ediblər. Belə ki, qidalanmaya fosfatidilxolin və ya xolinin əlavə edilməsi cəmi iki gün ərzində mitoxondrilərin quruluşunu daha "gənc" vəziyyətə qaytara bilib. Üstəlik, bu təsir orta və yaşlı dövrdə müalicəyə başlanıldıqda da müşahidə olunub.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb
-
Kuşner: Əbu-Dabidə Ukrayna üzrə danışıqların ilk günü ümidvericidir













