Nərminə Həsənova: "Azərbaycanlı şagirdlər beynəlxalq startap çempionatında iki dəfə dünya çempionu olublar"
Azərbaycanlı şagirdlər beynəlxalq startap çempionatında iki dəfə dünya çempionu titulunu qazanıblar.
"Report" xəbər verir ki, bunu "MiniBoss Business School Baku"nun təsisçisi Nərminə Həsənova jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, beynəlxalq səviyyədə əhəmiyyətli nailiyyətlər əldə olunub: "Tələbələrimiz iki dəfə dünya çempionluğunu qazanıblar. Ümumi nəticələrimiz isə olduqca sevindiricdir: bir dəfə gümüş, bir dəfə isə bürünc medal əldə etmişik".
N. Həsənovanın qənaitinə görə, təqdim edilən layihələr və məhsullar həm maraqlı, həm də fərqli idi: "Müsabiqədə 70-dən artıq iştirakçı yarışıb, münsiflər heyəti isə 33 ölkədən nümayəndələrdən ibarət olub. Bizim layihələr ali qiymət alıb və bunun üçün minnətdarlığımı ifadə edirəm. Şagirdlərimiz bu uğurlara tam mənası ilə layiqdirlər".
Oxşar xəbərlər
MiniBoss Business School-da gənc startapçılar arasında Milli Çempionat keçirildi
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













