TDT xarici investorlar üçün vahid rəqabət mühiti formalaşdırmağı planlaşdırır
Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələr xarici investorlar üçün ortaq rəqabət standartlarının formalaşdırılması perspektivlərini araşdırırlar.
"Far.Az"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajan "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu" çərçivəsində bildirib.
Onun fikrincə, bu məsələ perspektivdə üzərində iş aparıla biləcək əsas istiqamətlərdən birini təşkil edir.
"Türk İnvestisiya Fondunun öz fəaliyyətinə start verməsi investisiya sahəsində əməkdaşlığın keyfiyyətcə yeni pilləyə yüksəldiyini nümayiş etdirir. Fondun 600 milyon ABŞ dolları məbləğində kapitala sahib olması investisiya mühitinin harmonizasiyası ilə əlaqədar müzakirələri daha da aktual edir. Üzv dövlətlərin müxtəlif coğrafi regionlarda yerləşməsi və bir-birindən fərqlənən iqtisadi-hüquqi sistemlərə malik olması nəzərə alınmaqla, bu proses pilləli qaydada reallaşdırıla bilər", - M. Mukajan qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













