Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq potensial investisiya layihələri və İqtisadi Dialoq çərçivəsində təşəbbüslərin reallaşdırılması imkanları dəyərləndirilib.
"Far.Az" xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovla ABŞ-nin Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının baş icraçı direktoru Ben Blək arasında baş tutan görüşdə aparılıb.
"Azərbaycanın investisiya prioritetləri, ABŞ-nin maliyyə institutları ilə birgə fəaliyyət imkanlarını müzakirə etdik", - M. Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
ABŞ-nin Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının baş icraçı direktoru Ben Blək (@DFC_CEO) ilə görüşməkdən məmnun olduq.#Azərbaycan – #ABŞ Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq potensial #investisiya layihələrini və İqtisadi Dialoq çərçivəsində təşəbbüslərin… pic.twitter.com/mbbf4ra74B
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 13, 2026
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ben Affleklə Cennifer Lopez yenidən eşq yaşayır?
Mikayıl Cabbarov: "Çexiyanın enerji təhlükəsizliyinə mühüm töhfə veririk"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













