Hesablama Palatası:  Turizm sektoru ötən il hədəflərə tam nail ola bilməyib
Far.Az xəbər saytı

Hesablama Palatası: Turizm sektoru ötən il hədəflərə tam nail ola bilməyib


2025-ci ildə Azərbaycanda turizm və ictimai iaşə sektoru müsbət dinamika nümayiş etdirsə də, əvvəlcədən müəyyən edilmiş hədəflərə tam nail ola bilməyib.

"Far.Az" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ötən il turizm və ictimai iaşə sektorunda real artım 8,5 % təşkil edib. Halbuki ilin əvvəlində bu sahə üzrə 15,9 %-lik artım proqnozlaşdırılıb Sonradan gözlənilən göstərici 9,9 %-ə endirilsə də, faktiki nəticə bundan da aşağı olub.

Palatanın təhlillərinə əsasən, qeyri-neft-qaz sektorunda artıma ən böyük töhfə nəqliyyat və ticarət sahələrindən gəlib.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər