Orxan Məmmədov: Azərbaycan halal biznes və investisiyalar üçün cəlbedici mühit formalaşdırır
Azərbaycanda həyata keçirilən islahatlar biznes mühitinin təkmilləşdirilməsinə, sahibkarların fəaliyyətinin genişləndirilməsinə və innovativ təşəbbüslərin dəstəklənməsinə xidmət edir.
Far.Az xəbər verir ki, bu sözləri KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində təşkil olunan Halal Forumda bildirib.
Onun sözlərinə görə, bu addımlar ölkəni halal yönümlü biznes və investisiyalar üçün cəlbedici məkanlardan birinə çevirir.
KOBİA sədri qeyd edib ki, halal iqtisadiyyatın gələcək inkişafı yalnız bazarların genişlənməsi ilə deyil, eyni zamanda tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi ilə sıx bağlıdır. Bu baxımdan o, dövlət qurumlarını, biznes nümayəndələrini, maliyyə institutlarını və digər maraqlı tərəfləri əməkdaşlığı daha da gücləndirməyə çağırıb.
Orxan Məmmədov vurğulayıb ki, etik dəyərlərə, risklərin ədalətli bölüşdürülməsinə və real iqtisadi fəaliyyətə söykənən İslam maliyyəsi halal bizneslərin, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına mühüm dəstək verə bilər.
Onun fikrincə, halal sənayesi iştirakçıları ilə İslam maliyyə institutları arasında əlaqələrin daha da genişləndirilməsi investisiyaların artmasına, ticarət imkanlarının genişlənməsinə və üzv ölkələrdə dayanıqlı iqtisadi inkişaf üçün yeni perspektivlərin formalaşmasına şərait yaradacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













