Mikayıl Cabbarov: "Azərbaycan konnektivlik və tranzit mərkəzi kimi rolunu artırır"
Far.Az xəbər saytı

Mikayıl Cabbarov: "Azərbaycan konnektivlik və tranzit mərkəzi kimi rolunu artırır"


Azərbaycan konnektivlik və tranzit mərkəzi kimi rolunu artırır.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində baş tutan "Azərbaycanın İnvestisiya Görünüşü" tədbirində deyib.

Onun sözlərinə görə, Azərbaycanın investisiya mənzərəsi 3 strateji üstünlüyə əsasən formalaşır: "konnektivlik (nəqliyyat və əlaqələndirmə), "yaşıl enerji" və rəqəmsal hazırlıq. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərində mühüm qovşaq qismində çıxış edir və Şərq–Qərb konnektivliyində, xüsusilə Orta Dəhliz üzrə rolunu ardıcıl şəkildə gücləndirir. Xəzər dənizinin o tayında yerləşən Mərkəzi Asiya ölkələri üçün təbii çıxış nöqtəsi funksiyasını yerinə yetirən Azərbaycan bu mövqeyini müasir nəqliyyat, logistika və multimodal infrastruktur sahələrinə davamlı investisiyalarla möhkəmləndirir. Bu gündəliyin əsas elementlərindən biri TRIP (Beynəlxalq Sülh və Rifah üçün Səyahət Marşrutu), yəni Zəngəzur Dəhlizidir. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni gücləndirməklə yanaşı, Avropa ilə Asiya arasında regional logistika və tranzit qovşağı kimi ölkənin rolunu daha da artıracaq".

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər