IsDB: Banklar inkişafı ləngidən "dar boğazlar"ın aradan qaldırılmasına diqqət yetirməlidir
Çoxtərəfli inkişaf bankları əsas fokusu maliyyə boşluğunun doldurulmasından inkişafı ləngidən "dar boğaz"ın aradan qaldırılmasına yönəltməlidir.
"Report" xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun Baş İqtisadçısı Areef Suleman Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində baş tutan "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.
Onun sözlərinə görə, prioritetlər düzgün müəyyən edilməli və əsas məhdudiyyətin nədən ibarət olduğu dəqiq təyin edilməlidir: "Bu məhdudiyyətlərin yumşaldılması üçün nəyin lazım olduğunu anlamalı və sonra onlara təsir göstərməliyik. Yenə də seçici olmaq lazımdır. Seçicilik vacibdir və bütün çoxtərəfli inkişaf bankları eyni işlə məşğul olmamalıdır. Gəlin bizim mütləq müqayisəli üstünlüyümüzün olmadığı bəzi istiqamətləri isə digər inkişaf tərəfdaşlarına buraxaq və onlarla əməkdaşlıq edək. Yerlərdə daha böyük təsir əldə etmək üçün onların bacarıqlarını və müqayisəli üstünlüklərini səfərbər edək. Nəticə etibarilə, təkcə maliyyələşdirmə təqdim etmək deyil, daha çox şey vacibdir. Biz müvafiq əlverişli mühitin yaradılmasına kömək etməli, institutları möhkəmləndirməli, investisiya iqlimini yaxşılaşdırmalı, həmçinin zəmanətlər və s. sahəsində yardım göstərməliyik".
O bildirib ki, gələcəyə baxdıqda, çoxtərəfli inkişaf banklarının qarşısında daha böyük və daha cəsarətli olmaq çağırışı durur: "Lakin biz həmçinin müdaxilələrimizdə daha dəqiq və daha məqsədyönlü olmalıyıq. Əgər keçmişimizdən dərs çıxarmaq və inkişafın növbəti mərhələsinə doğru irəliləmək istəyiriksə, qiymətləndirmələrimizin və layihələrin tamamlanması haqqında hesabatlarımızın nəticələrini əhatə edən ölkə diaqnostikası vacibdir. Bazarda müşahidə etdiyimiz boşluqları sadəcə maliyyələşdirmə yerinə ölkələrimizi ləngidən "dar boğazlar"ı necə aradan qaldıra biləcəyimiz haqqında düşünməliyik. Biz sadəcə maliyyələşdirmə təqdim etməkdən daha artığını etməliyik".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













