Şavkat Mirziyoyev: "Özbəkistan sukuk buraxılışını planlaşdırır"
Özbəkistan suveren sukuk (İslam istiqrazları) buraxılışı proqramının icrasına başlayacaq.
"Report"un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd İnvestisiya Forumunun açılışında bildirib.
Onun sözlərinə görə, son illərdə ölkə beynəlxalq bazarlarda 16 milyard ABŞ dollarından çox məbləğdə istiqrazlar yerləşdirib, həmçinin milli valyutada korporativ avroistiqrazların buraxılışına başlayıb.
Özbəkistan Prezidenti qeyd edib ki, 13 strateji müəssisənin aktivlərinə sahib olan Milli İnvestisiya Fondunun səhmlərinin 30 %-i Daşkənd və London fond birjalarında yerləşdirilib: "Bu yerləşdirmə London fond birjasında son beş ildə ən böyük IPO oldu. Hazırda həmçinin bir sıra iri şirkətlərin IPO-suna hazırlıq işləri aparılır".
Onun sözlərinə görə, kapital bazarının daha da inkişafı üçün "Kapital bazarı haqqında" və "Alternativ investisiya fondları haqqında" qanunların qəbul edilməsi planlaşdırılır: "İnvestisiya axınlarının şaxələndirilməsi üçün biz suveren İslam istiqrazlarının - sukukun yerləşdirilməsi proqramının icrasına başlayırıq".
Ş.Mirziyoyev qeyd edib ki, bu tədbirlər gələcəkdə yerli müəssisələrə ən azı 10 milyard ABŞ dolları əlavə kapitalın cəlb edilməsinə imkan verəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













