Fərid Məmmədov: "Mərkəzi Asiyada regional maliyyə axınları 50 % artıb"
Son iki ildə Mərkəzi Asiyada regional maliyyə axınlarının həcmi demək olar 50 % artıb ki, bu da regionda iqtisadi inteqrasiyanın dərinləşməsini və investisiya fəallığının artmasını göstərir.
"Report" xəbər verir ki, bu barədə "PASHA Financial Holding"in baş direktoru Fərid Məmmədov İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantları çərçivəsindəki panel sessiyasında bildirib.
Onun sözlərinə görə, iri regional layihələrin maliyyələşdirilməsi üçün birgə kreditləşmə sxemlərindən səmərəli istifadə edilə bilər ki, bu zaman beynəlxalq maliyyə institutları zəmanət və risklərin sığortalanması mexanizmlərindən istifadə edərək yerli bankları layihələrə cəlb edirlər.
F.Məmmədov qeyd edib ki, bu cür alətlər Orta Dəhlizin və "yaşıl enerji dəhlizləri"nin inkişafı üzrə layihələrin icrasında milli maliyyə təşkilatlarının iştirakını stimullaşdıra bilər.
"PASHA Financial Holding"in rəhbəri, həmçinin kapital bazarlarının və sığorta sektorunun inkişafı vasitəsilə Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçirilən uzunmüddətli kapital mənbələrinin inkişafına dair tədbirlərin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu cür resursların formalaşması həm milli, həm də transsərhəd infrastruktur layihələrinin maliyyələşdirilməsini genişləndirməyə imkan verəcək.
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













