SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
Bu gün İslam İnkişaf Bankı (İİB) qrupunun illik toplantıları çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İslam İnkişaf Bankı Qrupunun Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə BAKU.WS-ə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, sənəd Azərbaycanda və ICD-yə üzv digər ölkələrdə dövlət-özəl tərəfdaşlığı layihələri üzrə maliyyələşdirmə imkanlarının birgə araşdırılmasını nəzərdə tutur.
Anlaşma Memorandumuna əsasən, tərəflər SOCAR-ın və onun birgə müəssisə tərəfdaşları tərəfindən təsis olunan layihə şirkətləri üçün maliyyələşdirmə imkanlarını müəyyənləşdirəcək və qiymətləndirəcəklər. Bu çərçivədə ICD tərəfindən layihələrin xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək.
SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, Anlaşma Memorandumu tərəflər arasında enerji layihələri üzrə gələcək əməkdaşlığın inkişafı üçün mühüm imkanlar açır: "Sənəd Azərbaycanda və ICD-yə üzv digər ölkələrdə həyata keçirilə biləcək layihələr üzrə birgə işləmək, uyğun maliyyə mexanizmlərini nəzərdən keçirmək və istiqamətləri müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır".
ICD-nin icraçı baş direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Xalid Xələfalla isə qeyd edib ki, SOCAR ilə yeni tərəfdaşlıq ICD-nin üzv ölkələrə özəl kapitalın yönləndirilməsi məqsədi daşıyan strategiyasının həyata keçirilməsi baxımından mühüm addımdır: "SOCAR-ın enerji sahəsindəki təcrübəsini ICD-nin şəriət prinsiplərinə uyğun maliyyələşdirmə imkanları ilə birləşdirərək, Azərbaycan və digər ölkələrdə iqtisadi artımı təşviq edəcək dövlət-özəl tərəfdaşlığı layihələrinin inkişafına töhfə veririk. Bu əməkdaşlıq İslam İnkişaf Bankı Qrupunun inkişaf prioritetlərinə tam uyğundur".
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
Növbəti 2 günlə bağlı əhaliyə HAVA XƏBƏRDARLIĞI
-
"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib













