Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 3 %-ə yaxın artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 17 milyard 574,3 milyon kubmetr qaz nəql edilib.
"Far.Az"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin 5 ayı ilə müqayisədə 2,6 % çoxdur.
Hesabat dövrünə qazın nəqlinin 54,1 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 9 milyard 507,2 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 2,5 % çoxdur.
Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Şahdəniz" yatağından ilk qazın əldə edilməsindən 30 il ötür
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 3 %-dən çox artıb
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 8 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir













