Azərbaycan hotellərinin gəlirləri 27 % artıb
Far.Az xəbər saytı

Azərbaycan hotellərinin gəlirləri 27 % artıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 26,7 % artaraq 468,5 milyon manat olub.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bunun 62,5 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,7 %-i ictimai iaşə xidmətlərindən, 2,9 %-i müalicə və sağlamlıq xidmətlərindən, 7,9 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

9 ay ərzində mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 24,8 % səviyyəsində olub (2023-cü ilin yanvar-sentyabr aylarında 20,8 %). Bu göstərici Şabranda 63,2 %, Naftalanda 45,3 %, Bakıda 39,7 %, Qusarda 26,6 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Oxşar xəbərlər

AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Neft sisternlərindən transkontinental qatarlara: Azərbaycan dəmir yollarının inkişaf yolu və nailiyyətləri
"Unibank" III rübün maliyyə nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər