Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"
Azərbaycanın bank sektoru və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının genişlənməsi, xüsusilə Azərbaycan-Ərəb Koordinasiya Qrupu çərçivəsində qurulan tərəfdaşlıqlar iri infrastruktur layihələrinin - boru kəmərlərinin, dəmir yollarının və avtomobil yollarının maliyyələşdirilməsinə töhfə verir.
"Far.Az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Prezident İlham Əliyevin də iştirak etdiyi Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı bildirib.
M. Cabbarov Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi inkişaf strategiyasını və beynəlxalq tərəfdaşlıqların bu prosesdə rolunu vurğulayıb.
Eyni zamanda, iqtisadi siyasətin əsas prioritetləri kimi özəl sektorun inkişafını, insan kapitalının gücləndirilməsini və texnoloji tərəqqini qeyd edib.
Nazir, həmçinin İslam İnkişaf Bankı Qrupu ilə uzunmüddətli əməkdaşlığın əhəmiyyətinə toxunaraq, müxtəlif ölkələr üçün ticarətin və hərəkətliliyin yaxşılaşdırılması istiqamətində təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.
M. Cabbarov Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi və iqtisadi inkişafın dayanıqlı əsaslar üzərində qurulmasının əhəmiyyətini vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Norveçdə pensiya yaşı artırıla bilər













