IsDB Qrupunun sədri ölkələri Azərbaycandan nümunə götürməyə çağırıb
Far.Az xəbər saytı

IsDB Qrupunun sədri ölkələri Azərbaycandan nümunə götürməyə çağırıb


Azərbaycan fəal modernləşmə kursunu izləməyə qəti şəkildə hazır olduğunu nümayiş etdirib.

"Report" xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı (IsDB) Qrupunun sədri Məhəmməd Əl-Casir Bakıda keçirilən IsDB Qrupunun illik toplantıları çərçivəsində bildirib.

"Daxili və xarici inkişafa yönəlmiş dayanıqlı inteqrasiya modelinə keçid arxitekturası artıq formalaşıb. Biz öz gücümüzə və imkanlarımıza etimadı bərpa etməliyik. Mövcud arsenaldan ən yaxşı alətləri təklif etməliyik ki, hər kəsin onlardan istifadə etmək imkanı olsun.

Bundan əlavə, biz özümüzə inanmalıyıq. İrimiqyaslı layihələrə qoşulmaqdan çəkinmək lazım deyil. Hesab edirəm ki, Azərbaycan məhz bu yolla irəliləmək qətiyyətində olduğunu artıq təsdiqləyib. Ümid edirəm ki, digər ölkələr də bu nümunənin ardınca gedəcəklər", - M. Əl-Casir vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Məhəmməd Əl-Casir: "IsDB Azərbaycanın uzunmüddətli inkişaf və artım hədəflərinə dəstəyində qətiyyətlidir" - YENİLƏNİB
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər