İrandan ABŞ-yə sərt xəbərdarlıq: Daha ağır cavabla üzləşəcəksiniz
ABŞ ilə İran arasında imzalanan anlaşmadan sonra Tehran Vaşinqtona sərt xəbərdarlıq edib.
Far.Az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin anlaşmanın şərtlərini pozacağı və ya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə İranın qəti və sarsıdıcı cavab verəcəyini bildirib.
Qalibaf sosial şəbəkədə paylaşdığı açıqlamada qeyd edib ki, İran dövlət qurumlarının əsas vəzifəsi anlaşmanın bütün bəndlərinin tam icrasını təmin etməkdir.
"Əgər qarşı tərəf verdiyi sözə əməl etməsə, anlaşmanı pozsa və ya həddindən artıq tələblər irəli sürsə, düşmənə sarsıdıcı cavab verməkdən çəkinməyəcəyik. Müharibə zamanı bir dəfə zərbə aldılar. Eyni yolu yenidən seçsələr, bu dəfə daha ağır zərbə ilə üzləşəcəklər", - deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ və İran arasında əldə olunan razılaşma yekun saziş üzrə danışıqların davam etdirilməsi üçün 60 günlük yeni mərhələni nəzərdə tutur.
Oxşar xəbərlər
Arda Gülerin paylaşdığı foto bütün dünyada viral oldu
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
-
Gecə baş verən meteor yağışı Azərbaycanda belə izlənib - MARAQLI GÖRÜNTÜLƏR
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib













