Azərbaycanda risklərin qiymətləndirilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
Far.Az xəbər saytı

Azərbaycanda risklərin qiymətləndirilməsi sahəsində yeni dövlət standartı qəbul edilib


Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS IEC 31010:2026 "Risklərin idarə olunması. Risklərin qiymətləndirilməsi üsulları" yeni dövlət standartı qəbul edilib.

Bu barədə "Far.Az"a Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu standart risklərin qiymətləndirilməsi üsullarının seçilməsi və tətbiqi üzrə metodiki göstərişləri özündə ehtiva edir. Burada təqdim olunan yanaşmalar qeyri-müəyyənlik şəraitində əsaslandırılmış qərarların qəbuluna dəstək vermək, risklər barədə dolğun və etibarlı məlumat bazası formalaşdırmaq, risklərin idarə edilməsi prosesində praktiki tətbiq imkanları yaratmaq məqsədi daşıyır.

Sözügedən dövlət standartı layihəsi AZSTAND tərəfindən təsis edilən "Uyğunluğun qiymətləndirilməsi" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər