"Böyük Dəbilqə": Balabəy Ağayev yaponiyalı dünya çempionunu məğlub edərək qızıl medal qazanıb
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, idmançı finalda yaponiyalı dünya çempionu Ryuju Naqayamanı məğlub edib.
Əhməd Yusifov (60 kq) üçüncü yer uğrunda görüşdə İtshak Aşpizə uduzub.
Nizami İmranov (66 kq) bürünc medal qazanmaq üçün yerli cüdoçu Yolk Kazırbyekin müqavimətini qırmağa çalışacaq.
Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.
*** 11:24
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.
BAKU.WS xəbər verir ki, idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə qalib gəlib.
O, qızıl medal uğrunda görüşdə yaponiyalı Ryuju Naqayama ilə qarşılaşacaq. Əhməd Yusifov (60 kq) isə üçüncü yer uğrunda məhz İ.Aşpizlə üz-üzə gələcək.
Yarımfinalda uduzan Nizami İmranov (66 kq) bürünc medal uğrunda yerli cüdoçu Yolk Kazırbyeklə münasibətlərə aydınlıq gətirəcək.
Ruslan Paşayev (66 kq), Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) mükafat qazanmaq şanslarını itiriblər.
Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.
Oxşar xəbərlər
Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub
"Böyük Dəbilqə": Balabəy Ağayev qızıl, Nizami İmranov bürünc medal qazanıb - YENİLƏNİB - 2
Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12
Avropa çempionatı: Balabəy Ağayev də bürünc medal uğrunda görüşə vəsiqə əldə edib - YENİLƏNİB-10
Milli komandamız finala vəsiqə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













