Ermənistan KM iyunun 26-da parlament seçkilərinin nəticələrinin ləğvi barədə iddialara baxacaq
Ermənistanın Konstitusiya Məhkəməsi 7 iyun tarixində keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvi barədə yeddi partiya və blokun iddialarına iyunun 26-da baxacaq.
"Report" xəbər verir ki, bu barədə məhkəmənin "Facebook" səhifəsində məlumat paylaşılıb.
Məlumata görə, səsvermənin nəticələrini "Güclü Ermənistan" bloku, "Birlik qanadları" Partiyası, "Demokratiya, qanun, nizam-intizam" Partiyası, "Çiçəklənən Ermənistan" Partiyası, "Respublika naminə" Partiyası, "Ermənistan" bloku və "Yeni güc" Partiyası mübahisələndirmək niyyətindədir.
Məhkəməsdən qeyd edilib ki, göstərilən işlər eyni məsələyə aid olduğu üçün onlar birləşdirilib və iyunun 26-da eyni iclasda onlara baxılacaq.
Xatırladaq ki, iyunun 14-də Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini açıqlayıb və bu nəticələrə əsasən, "Vətəndaş müqaviləsi" səslərin 49,7456%-ni (64 mandat), "Güclü Ermənistan" - 23,2710%-ni (29 mandat), "Ermənistan" bloku isə 9,9231%-ni (12 mandat) qazanıb.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB - 4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəlib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













