Konqo Demokratik Respublikasında Ebola: Yoluxma sayı 1000-i keçdi
Far.Az xəbər saytı

Konqo Demokratik Respublikasında Ebola: Yoluxma sayı 1000-i keçdi


Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma hallarının sayı 1000-i ötüb. Rəsmi məlumatlara görə, ölkədə 1003 təsdiqlənmiş yoluxma qeydə alınıb.

Far.Az xəbər verir ki, Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyi tərəfindən açıqlanan son epidemioloji hesabatda bildirilir ki, indiyədək 254 nəfər virus səbəbilə həyatını itirib. Ölüm göstəricisi 25,3 faiz təşkil edir.

Məlumata əsasən, hazırda 365 xəstə ya izolasiya şəraitində saxlanılır, ya da xəstəxanalarda müalicə alır. 100 nəfərin isə sağaldığı qeyd olunur.

Səhiyyə qurumları üç bölgədə yayılan epidemiyanın nəzarətdə saxlanılması üçün tədbirlərin davam etdiyini açıqlayıb. Bildirilir ki, kontaktların izlənməsi, laborator diaqnostika imkanlarının genişləndirilməsi və əhali arasında maarifləndirmə işləri gücləndirilib.

Qeyd edək ki, Ebola ciddi yoluxucu virus xəstəliyidir və yüksək ölüm riski ilə xarakterizə olunur.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər