ABŞ konqresmeninə Azərbaycanın investisiya imkanları barədə məlumat verilib
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) ABŞ konqresmeninə Azərbaycanın investisiya imkanları barədə məlumat verilib.
"Report" AZPROMO-ya istinadən xəbər verir ki, bu barədə müzakirələr Agentliyin icraçı direktoru Yusif Abdullayevin ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Abraham Hamadehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.
Görüşdə Y. Abdullayev Azərbaycanın biznes və investisiya mühiti, birbaşa xarici investisiyaların təşviqi mexanizmləri, Agentliyin fəaliyyət istiqamətləri və cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Müzakirələrdə Azərbaycanın tranzit potensialı, ABŞ şirkətlərinin ölkəmizdə investisiya layihələrinə cəlb edilməsi, texnologiya və nou-hau transferi, eləcə də maliyyə dəstəyi alətlərindən istifadə, işgüzar əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Sahibə Qafarova Abraham Hamada ilə Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
-
Emin Ağalarovdan Kerem Bürsinə hədiyyə
-
Qobustanda ağır qəza: Ölən var
-
Apple kommersiya sirri ilə bağlı OpenAI-yə qarşı iddia qaldırıb
-
Qaxda vətəndaş qəbulu keçirilib
-
Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub













