Pezeşkian: İran millisinin futbolçuları maksimum səylə mübarizə aparırlar
Far.Az xəbər saytı

Pezeşkian: İran millisinin futbolçuları maksimum səylə mübarizə aparırlar


İran Prezidenti Məsud Pezeşkian futbol üzrə milli komandanın dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib.

BAKU.WS xəbər verir ki, dövlət başçısı yığma üzvlərinin meydanda əzmkarlıq nümayiş etdirdiyini vurğulayıb.

"Komandamız azarkeşlərə unudulmaz anlar yaşatdı. Futbolçular bütün imkanlarını səfərbər edərək ölkələrinin şərəfini layiqincə qorudular və milli himni qürurla səsləndirdilər", – deyə Pezeşkian bildirib.

Prezident qeyd edib ki, İran hazırda beynəlxalq arenada diqqət mərkəzindədir və ölkə haqqında müsbət fikirlərin formalaşmasında milli komandanın uğurlu çıxışı mühüm rol oynayır.

"Bu nəticələr xalqımızın birliyinin və həmrəyliyinin göstəricisidir. Bu gün İran və iranlılar haqqında hörmətlə danışılır", – deyə o əlavə edib.

Qeyd edək ki, İran millisi qrup mərhələsində son olaraq Belçika ilə qarşılaşıb və görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0. Komanda daha əvvəl Yeni Zelandiya ilə oyunda da bərabərliyə razılaşıb.

Hazırda G qrupunda Misir 4 xalla liderdir. İran və Belçikanın aktivində 2 xal, Yeni Zelandiyanın isə 1 xalı var. İran yığması növbəti turda Misirlə qarşılaşacaq. Qrupun yekun taleyinin son oyunlarda müəyyənləşəcəyi gözlənilir.

Oxşar xəbərlər

Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər