Ərdoğan İraqın Baş naziri ilə regional məsələləri müzakirə edib
Far.Az xəbər saytı

Ərdoğan İraqın Baş naziri ilə regional məsələləri müzakirə edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Əli Zeydi ilə telefon danışığı aparıb.

"Far.Az" xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Məlumata görə, danışıq zamanı Türkiyə-İraq ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan yeni dövrdə Türkiyə ilə İraq arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, xüsusilə enerji, müdafiə sənayesi və nəqliyyat sahələrində əməkdaşlıq potensialının böyük olduğunu vurğulayıb.

Türkiyə lideri geniş məsləhətləşmələrin aparılması məqsədilə Əli Zeydini Türkiyəyə səfərə dəvət edib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər