Laçında növbəti əmək yarmarkası keçirilib – YENİLƏNİB
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Laçın rayonunda növbəti əmək yarmarkası keçirilib.
"Report" xəbər verir ki, aktiv məşğulluq tədbiri ANAMA-nın Laçın rayonunun Sus kəndində yerləşən mobil bazasının inzibati binasında təşkil olunub.
Yarmarkada minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib. Aktiv məşğulluq tədbirində iştirak edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.
Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Laçın rayonunda növbəti əmək yarmarkası keçirilib.
— Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (@sosial_gov_az) June 23, 2026
Aktiv məşğulluq tədbiri ANAMA-nın Laçın rayonunun Sus kəndində yerləşən mobil bazasının inzibati binasında… pic.twitter.com/R7X07zwtEb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Laçın rayonunda növbəti əmək yarmarkası keçiriləcək.
Bu barədə "Report"a Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Aktiv məşğulluq tədbiri iyunun 23-ü saat 10:00-da ANAMA-nın Laçın rayonunun Sus kəndində yerləşən mobil bazasının inzibati binasında təşkil olunacaq.
Tədbirdə işaxtaran şəxslərə minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim ediləcək.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Oxşar xəbərlər
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək













