Braziliya və Meksika enerji sahəsində əməkdaşlığını gücləndirir
Braziliyanın Petrobras və Meksikanın dövlət neft şirkəti Pemex birgə karbohidrogen istehsalı üçün anlaşma memorandumu imzalayıblar.
"Report"un məlumatına görə, sənəd iyunun 23-də Meksika Energetika Nazirliyi tərəfindən dərc edilib.
Saziş neft və qaz sənayesində layihələrin birgə qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi üçün şirkətlər arasında strateji və texniki əməkdaşlığın qurulmasını hədəfləyir. Alyans çərçivəsində tərəflər kəşfiyyat və hasilat sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırlar.
Yetkin yataqların dirçəldilməsi, təkrar seysmik kəşfiyyat, dərinsulu və ultradərinsulu ərazilərin inkişafına xüsusi diqqət yetiriləcək.
Tərəfdaşlıq, həmçinin Petrobras şirkətinin mürəkkəb dəniz əməliyyatlarında təcrübəsindən istifadə də daxil olmaqla, texnologiya mübadiləsini də əhatə edir.
Bundan əlavə, memorandum neft emalı, neft-kimya, gübrə istehsalı, qaz emalı və enerji səmərəliliyinin artırılması sahələrini əhatə edir. Sənəddə həmçinin emissiyaların azaldılması, karbonun tutulması və daha təmiz yanacaqların hazırlanması ilə bağlı müddəalar da yer alır.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır













