Türkiyədə 43 qanunsuz miqrant saxlanılıb
Far.Az xəbər saytı

Türkiyədə 43 qanunsuz miqrant saxlanılıb


Türkiyənin İzmir vilayətinin Urla rayonu sahillərində 43 qanunsuz miqrant saxlanılıb.

"Far.Az" xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, Sahil Mühafizəsinə məxsus pilotsuz uçuş aparatı tərəfindən Urla sahillərində rezin qayıqda bir qrup qanunsuz miqrant aşkar edilib.

Mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılan qayıqda 7-si uşaq olmaqla 43 qanunsuz miqrant olub. Onların hansı ölkənin vətəndaşları olduqları açıqlanmır.

Hadisə ilə əlaqədar bir şübhəli jandarm əməkdaşları tərəfindən miqrant qaçaqmalçılığı ittihamı ilə saxlanılıb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər