Dünya Çempionatında gərgin gecə: Hansı komandalar mərhələ adlayacaq?
Futbol üzrə dünya çempionatında qrup mərhələsinin həlledici - üçüncü turun oyunları davam etməkdədir.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, qrup mərhələsinin sonuncu turu azarkeşlərə bir-birindən maraqlı qarşılaşmalar vəd edir.
E qrupunun həlledici görüşlərində Kürasao Kot-d'İvuarla, Ekvador isə Almaniya ilə üz-üzə gələcək. Hər iki matçın start fiti Bakı vaxtı ilə iyunun 26-ı saat 00:00-da səslənəcək.
Geridə qalan iki turdan sonra E qrupuna 6 xalla Almaniya liderlik edir. Aktivində 3 xal olan Kot-d'İvuar ikinci, Ekvador və Kürasao milliləri isə 1 xalla müvafiq olaraq üçüncü və dördüncü pillələri bölüşürlər.
F qrupunun qarşılaşmalarında isə Yaponiya İsveç ilə, Tunis isə Niderland ilə üz-üzə gələcək. Hər iki görüş iyunun 26-ı Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.
Hazırda F qrupunda vəziyyət belədir: 4 xal toplayan Niderland və Yaponiya ilk iki sıranı ələ keçirib. Onları 3 xalla üçüncü yerdə qərarlaşan İsveç izləyir, xal hesabını aça bilməyən Tunis isə sonuncu yerdədir.
D qrupunun mübarizəsində isə iyunun 26-i saat 06:00-da Türkiyə ABŞ ilə, Paraqvay isə Avstraliya ilə mühüm xallar uğrunda yaşıl meydanda gücünü sınayacaq.
D qrupunun turnir cədvəlinə nəzər salsaq, ABŞ-nin 6 xalla vahid lider olduğunu görərik. Avstraliya və Paraqvay hərəyə 3 xalla ikinci və üçüncü yerləri tutur, Türkiyə yığması isə qrupun autsayderidir və aktivində xal yoxdur.
Dünya çempionatı
III tur
E qrupu
26 iyun
00:00. Kürasao - Kot-d'İvuar
00:00. Ekvador - Almaniya.
F qrupu
26 iyun
03:00. Yaponiya - İsveç
03:00. Tunis - Niderland.
D qrupu
26 iyun
06:00. Türkiyə - ABŞ
06:00. Paraqvay - Avstraliya.
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Oxşar xəbərlər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özünü hər sahədə göstərə bilən bürclər
-
SOCAR-ın borc öhdəlikləri açıqlanıb
-
Sabahdan böyük DƏYİŞİKLİK! 6 Ekspres avtobus xətti işə düşür - Haradan-haraya
-
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
-
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
-
Husilər Nəcranda "Saudi Aramco"nun obyektinə hücum ediblər













