Paşinyan: Baş nazirin müavinləri və nazirlər yeni hökumətdə öz postlarını qoruyub saxlayacaq
Far.Az xəbər saytı

Paşinyan: Baş nazirin müavinləri və nazirlər yeni hökumətdə öz postlarını qoruyub saxlayacaq


Ermənistanın Baş naziri Nikol Paşinyan yeni hökumətin tərkibini Baş nazirin müavinləri və nazirlər səviyyəsində dəyişdirməyi planlaşdırmır.

"Far.Az" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclasından sonra jurnalistlərə bildirib.

"Hökumətin tərkibində: baş nazirin müavinləri və nazirlər səviyyəsində dəyişikliklərə ehtiyac görmürəm. Düşünürəm ki, icra hakimiyyətinin digər səviyyələrində bəzi dəyişikliklər baş verəcək", - N.Paşinyan bildirib.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-nin hesablanmasının yekunlarına görə, Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçicilərin səslərinin 49,83 %-ni alıb ki, bu da ona təkbaşına hökumət formalaşdırmaq hüququ verir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəlib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər