Maka Boçorişvili: Gürcüstanın strateji seçimi Avropa İttifaqına inteqrasiyadır
Far.Az xəbər saytı

Maka Boçorişvili: Gürcüstanın strateji seçimi Avropa İttifaqına inteqrasiyadır


Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkəsinin strateji kursunun Avropa İttifaqına inteqrasiya olaraq qaldığını bildirib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, nazir bu barədə Xorvatiyada keçirilən Dubrovnik Forumu çərçivəsində planlaşdırılan panel müzakirəsində iştirak etməzdən əvvəl jurnalistlərə açıqlamasında danışıb.

Boçorişvilinin sözlərinə görə, builki müzakirələr çoxvektorlu diplomatiyaya həsr olunub və bu mövzu Gürcüstan üçün həm coğrafi mövqeyi, həm də geosiyasi reallıqlar baxımından xüsusi əhəmiyyət daşıyır.

O qeyd edib ki, Gürcüstan müxtəlif region ölkələri ilə tərəfdaşlıq əlaqələrini genişləndirir və bunun əsas məqsədi ölkənin regional bağlantı və tranzit imkanlarından daha səmərəli istifadə etməkdir.

Nazir vurğulayıb ki, bu siyasət Gürcüstanın strateji xarici siyasət kursunun dəyişməsi anlamına gəlmir.

"Gürcüstanın strateji seçimi Avropa İttifaqına inteqrasiyadır və bu, bizim üçün mühüm istiqamətdir. Çıxışımda da bu mövqeni açıq şəkildə ifadə edəcəyəm", - deyə Maka Boçorişvili bildirib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər