Ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA
Saat 12:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır.
"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məluma yayıb.
Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.
Yağıntının miqdarı Yardımlıda 43 (aylıq normanın 93%-i), Şamaxıda 40 (aylıq normanın 64%-i), İsmayıllıda 30, Lerikdə 26 (aylıq normanın 55%-i), Qəbələdə 26, Beyləqanda 22 (aylıq normanın 82%-i), Xızıda 22, Qax (Sarıbaş), Lənkəranda 20 (aylıq normanın 45%-i), Biləsuvarda 18 (aylıq normanın 90%-i), İmişlidə 18 (aylıq normanın 66%-i), Şuşa, Füzulidə 18, Şahdağda 16, Bakıda və Abşeron yarımadasında 15 (aylıq normanın 150 %-i), Sabirabadda 13 (aylıq normanın 47%-i), Neftçalada 12 (aylıq normanın 101%-i), Astarada 12, Qobustanda 11, Cəlilabad, Quba, Gədəbəydə 10, Zaqatala, Qusarda 9, Oğuz, Şirvan, Daşkəsən, Şəkidə (Kişçay) 8, Culfada 7, Şabran, Cəbrayılda 5, Şahbuzda 4, Naxçıvan, Tovuzda 3, Naftalan, Göygöl, Ağdam, Kürdəmir, Laçında 2, Xaçmaz, Balakən, Şərur, Ordubad, Goranboy, Şəmkir, Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Kəlbəcər, Xocalı, Zəngilan, Xankəndi, Qubadlıda 1 mm-dək qeydə alınıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Naftalanda 21, Goranboyda 19, Gəncədə 18, Şərur, Culfada 16, Şəkidə 15 m/s-yə çatır.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













