Bu il sükan arxasında mobil telefondan istifadə ilə bağlı 11 min sürücü cərimələnib
Far.Az xəbər saytı

Bu il sükan arxasında mobil telefondan istifadə ilə bağlı 11 min sürücü cərimələnib


Azərbaycanda bu ilin əvvəlindən sükan arxasında mobil telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta faktı aşkarlanıb.

Bu barədə "Far.Az"a Baş Dövlət Yo Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, mobil telefondan istifadə nəticəsində yaranan diqqətsizlik ağır yol-nəqliyyat hadisələrinə səbəb ola biləcək əsas risk amillərindən biridir:

"Bu təhlükənin qarşısının alınması nəzarət tədbirləri ilə yanaşı, hər bir sürücünün yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmasından və sükan arxasında diqqətini yalnız yola yönəltməsindən asılıdır. Telefona baxan sürücü yolda baş verənləri vaxtında qiymətləndirə bilmir, yol nişanlarını, nişanlanma xətlərini, piyadaları və digər hərəkət iştirakçılarını nəzərdən qaçıra bilir. Telefonla məşğul olan sürücünün reaksiyası əhəmiyyətli dərəcədə ləngiyir ki, bu da qəfil yaranan təhlükə zamanı əyləc və ya manevr imkanlarını məhdudlaşdırır. Mobil telefona yönələn diqqət sürücünün hərəkət zolağından çıxmasına, təhlükəli manevrlər etməsinə və qarşıdakı məsafəni düzgün qiymətləndirə bilməməsinə səbəb olur".

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər