"Türk Dünyası Həftəsi" çərçivəsində Qarabağ Universitetində xüsusi konfrans keçiriləcək
Far.Az xəbər saytı

"Türk Dünyası Həftəsi" çərçivəsində Qarabağ Universitetində xüsusi konfrans keçiriləcək


"Türk Dünyası Həftəsi" çərçivəsində Qarabağ Universitetində xüsusi konfrans keçiriləcək.

"Far.Az" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini qeyd edib ki, həftə ərzində Bakı və Qarabağda bu səpkidə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub:

"Belə ki, həftə çərçivəsində panel müzakirələr, elmi sessiyalar, Birinci Türkoloji Qurultaya həsr olunmuş bədii kompozisiyalar, sənədli filmlər, konsert proqramları və digər silsilə tədbirlərin təşkili nəzərdə tutulub. Bununla yanaşı, Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində beynəlxalq elmi konfrans keçiriləcək. Konfransda Türk dünyasının müxtəlif ölkələrindən tanınmış türkoloqların, alimlərin və tədqiqatçıların iştirakı gözlənilir".

F.Cəfərov bildirib ki, 100 il əvvəl olduğu kimi, bu gün də Bakı Türk dünyasının elm və fikir mərkəzinə çevrilib.

"Dünyanın müxtəlif ölkələrindən gələn türkoloq alimlər yenə də Bakıda bir araya toplaşıb. Hazırda tədbirdə 20-dən çox ölkədən olan alim, araşdırmaçı və tədqiqatçılar iştirak edirlər. Onların sırasında nüfuzlu ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının rəhbərləri, rektorlar, eləcə də Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası və Türk Fondunun rəhbərləri yer alırlar", - o qeyd edib.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər