Azərbaycanda ilk dəfə əkin sahəsinə ziyan vuran mal-qara ilə bağlı sığorta ödənişi edilib - 8614 manat
Azərbaycanda dövlət dəstəyi ilə güzəştli şərtlərlə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır.
Kənd Təsərrüfatı Nazirliyindən Far.Az-ə bildirilib ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində ilk dəfə olaraq mal-qaranın əkin sahəsinə vurduğu zərərə görə sığorta ödənişi həyata keçirilib.
Aqrar Sığorta Fondu tərəfindən "Ramal-Dər" şirkətinə 3-cü şəxsin hərəkəti nəticəsində dəymiş zərərə görə 8614 manat məbləğində sığorta ödənişi edilib. Belə ki, şirkətin Cəlilabad rayonu Kazımabad kəndi ərazisində yerləşən 5 hektar arpa və 6 hektar buğda sahəsinə nəzarətsiz mal-qara daxil olaraq məhsula ziyan vurub.
Hadisə ilə bağlı Aqrar Sığorta Fonduna müraciətdən sonra əraziyə ekspertlər cəlb olunub. Araşdırma zamanı arpa sahəsinin tam, buğda sahəsinin isə 66,67 faiz zərər gördüyü müəyyən edilib. Müvafiq olaraq arpa sahəsinə məbləğ ifadəsində 4690 manat, buğda sahəsinə isə 5168 manat məbləğində zərər hesablanıb. Bu məbləğlərdən azadolma məbləğləri, yəni arpa üzrə 469 manat, buğda sahəsi üzrə isə 775 manat çıxılıb. Sığorta şərtlərinə uyğun hesablamalar aparıldıqdan sonra təsərrüfata arpa sahəsi üzrə 4221 manat, buğda sahəsi üzrə isə 4393 manat olmaqla, ümumilikdə 8614 manat sığorta ödənişi edilib.
Təsərrüfatın sahibi Zakir Ağayev bildirib ki, aqrar sığorta mexanizminin tətbiqindən sonra bu cür hallarda fermerlərə dəymiş zərərin kompensasiya olunması mümkün olub. Onun sözlərinə görə, əvvəllər analoji hadisələr nəticəsində yaranan zərər ödənilmirdi, hazırda isə sığorta mexanizmi fermerlərin itkilərinin qarşılanmasını təmin edir.
Qeyd edək ki, fermer sözügedən 11 hektar əkin sahəsinin sığortalanması üçün cəmi 88 manat sığorta haqqı ödəyib. Bunun yarısı dövlət tərəfindən subsidiya olunduğundan fermerin xərci hər hektara orta hesabla 8 manat təşkil edib.
Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova bildirib ki, 3-cü şəxslərin hərəkətləri nəticəsində sığorta ödənişinin həyata keçirilməsi üçün hadisə Daxili İşlər Nazirliyinin yerli polis orqanı tərəfindən təsdiqlənməlidir. Fond fermerə ödənişi etdikdən sonra isə qanunvericiliyə uyğun olaraq həmin məbləğin zərərə səbəb olmuş heyvanların sahibindən subroqasiya qaydasında tələb olunması istiqamətində tədbirlər görür.
Aqrar sığorta mexanizmi əkin sahələrini 3-cü şəxslərin hərəkətləri ilə yanaşı, dolu, sel, leysan, yanğın, fırtına, şaxta, vəhşi heyvan hücumu və digər risklərdən qoruyur. Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 faizi dövlət tərəfindən qarşılanır.
Oxşar xəbərlər
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib













