Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub.
"Far.Az" xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Səbinə Mehdiyeva Azərbaycan Milli Konservatoriyasının nəzdində Bakı Musiqi Kollecinin direktoru vəzifəsinə təyin edilib.
S.Mehdiyeva Bakı Musiqi Akademiyasında fortepiano ixtisası üzrə bakalavriat, musiqişünaslıq ixtisası üzrə magistratura təhsili alıb. 2009-cu ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə edib. Pedaqoji fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi başlayan Səbinə Mehdiyeva sonrakı illərdə həmin ali təhsil müəssisəsində baş müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışıb. O, həmçinin Bakı Musiqi Akademiyasında fortepiano müəllimi kimi fəaliyyət göstərib. 2021-ci ildən hazırkı təyinatınadək Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru vəzifəsində çalışıb. Səbinə Mehdiyeva respublika və beynəlxalq müsabiqələrin laureatıdır. O, eyni zamanda bir sıra elmi məqalələrin və dərs vəsaitlərinin həmmüəllifidir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Adil Kərimli: "Hər bir çağırışı təhdid kimi qəbul edib onunla açıq mübarizəyə girə bilmərik"
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
-
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
-
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
-
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
-
Zelenski: Rusiya Odessanın enerji infrastrukturuna sərt zərbə endirib













