Emin Əmrullayev: MİQ iştirakçılarının sertifikatlaşdırmada orta balı 51-ə çatıb
Müəllimlərin İşə Qəbul (MİQ) imtahanından gələn müəllimlərin fənn bilikləri yüksəkdir.
"Far.Az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, MİQ imtahanlarından keçənlərin sertifikatlaşdırmada orta balı 51 bal, MİQ-də iştirak etməyənlərin sertifikatlaşdırmada orta balı 42 bal olub:
"Əvvəlki dövrdə MİQ imtahanlarında iştirak edərək 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub (keçid faizi – 99%). Onların 62%-i sertifikatlaşdırma imtahanından 51 bal və daha yuxarı nəticə əldə edib. Nəticə etibarı ilə MİQ-lə daha savadlı müəllimlər gəlir".
Nazir həmçinin sertifikasiya imtahanlarının çətinliyi ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib:
"Hər bir fənn üzrə 60 ballıq şkala üzrə orta nəticənin 30 baldan yuxarı olması sertifikatlaşdırma imtahanlarının çətin olmadığını göstərir. İmtahanın kimlərəsə çətin görünməsi onların fənn bilikləri ilə bağlıdır. Bizim sertifikatlaşdırma imtahanımız çətin olmayıb. İmtahanla bağlı heç bir problem yoxdur. Yəni, nəticələr onu göstərir ki, müəllimlərin əksəriyyəti qənaətbəxş nəticə əldə edib. İmtahanın özü ilə bağlı ciddi problem müşahidə olunmur. Çünki keçid balını toplayan müəllimlərin böyük hissəsi uğur qazanıb və nəticələr statistik baxımdan bunu təsdiqləyir".
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Yusif Eyvazov dünyanın ən nüfuzlu opera səhnəsi olan La Skala teatrında çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













