AMB: Sığorta ənənəsi zəif olan ölkələrdə icbari modelə üstünlük verilir
Hazırda sığorta ənənəsi zəif olan ölkələrdə icbari modelə üstünlük verilir.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən "Əmlak sığortası və risklərin qorunması: evlərin və bizneslərin təhlükəsizliyinin təmin edilməsi" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, ümumilikdə sığorta bazarında icbari sığorta növlərinin əsasında könüllü sığorta məhsulları dayanır: "Yəni hər hansı sığorta növü icbari xarakter almamışdan əvvəl sığorta prinsipləri əsasında formalaşdırılır, təminatlar, sığorta haqları və digər şərtlər strukturlaşdırılır. Məsələn, elektron cihazların sığortasında əsas diqqət yanğın riskindən daha çox cihazın daxili nasazlıqları və elektron zədələnmələrə yönəlir. Eyni yanaşma avadanlıq və dəzgahların sığortasında da tətbiq edilir. Bu halda kənar təsirlərdən çox, avadanlığın işləmə mexanizmində, hissələrində və çarxlarında yaranan nasazlıqlar nəticəsində dəyən zərərlər sığorta təminatına daxil edilir".
V.Qurbanov vurğulayıb ki, daşınmaz əmlakın sığortası isə bu baxımdan fərqlənir: "Beynəlxalq təcrübədə bu sahə daha çox iri təbii fəlakətlər və digər qlobal hadisələrdən sonra təkmilləşdirilib. Dövlətlər bu cür hadisələrin həm əhali, həm də dövlət büdcəsi üçün yaratdığı fiskal yükü azaltmaq məqsədilə daşınmaz əmlakın sığortasını icbari edib. Sığorta risklərin idarə olunması mexanizmidir və bu sistemdə risklər sığorta şirkətlərinə ötürülür. Sığorta ənənələrinin zəif formalaşdığı cəmiyyətlərdə isə bu mexanizmin geniş tətbiqi üçün dövlətlər daha çox icbari sığorta modelinə üstünlük verirlər. Azərbaycanda da daşınmaz əmlakın sığortası məhz bu səbəbdən icbari xarakter daşıyır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













