Genişmiqyaslı korrupsiya əməliyyatı: Deputatın evindən qızıldan alt paltarı tapıldı
İraqda genişmiqyaslı korrupsiya əməliyyatı həyat keçirilib.
Far.Az xəbər verir ki, dövlət vəsaitlərinin mənimsənilməsi və korrupsiya ittihamları ilə bağlı başladılan genişmiqyaslı istintaqın nəticələri hamını şoka salıb.
"Təmizlik" əməliyyatı çərçivəsində yüksək vəzifəli şəxslərin evlərinə keçirilən basqınlar zamanı aşkarlananlar ictimaiyyətdə böyük rezonans doğurub.
Onlardan biri İraq Parlamentinin üzvü Hind Əl-Abbasi olub.
İddialara görə, millət vəkilinin evində aparılan axtarışlar zamanı qanunsuz yollarla əldə edildiyi ehtimal olunan 57 milyon dollar nağd pul və 27 kiloqram saf qızıl aşkar edilib.
Tapıntılar arasında ən çox diqqət çəkən və müzakirələrə səbəb olan məqam isə qızıldan hazırlanmış alt paltarının tapılması olub.
Bu fakt korrupsiya miqyasının və lüks həyat tərzinin sərhədlərini göstərməsi baxımından geniş müzakirə mövzusuna çevrilib.
Baş nazir Əli əz-Zaidinin rəhbərliyi ilə həyata keçirilən operativ tədbirlər nəticəsində aralarında millət vəkilləri və yüksək rütbəli bürokratların da olduğu 47 nəfər saxlanılıb.
Bağdad başda olmaqla ölkənin bir çox bölgəsində eyni vaxtda keçirilən şafaq basqınlarında çox sayda silah-sursat və dəyərli əşyalar müsadirə edilib.
Digər şok rəqəmlər Yalnız Hind Əl-Abbasi ilə bağlı deyil, digər vəzifəli şəxslərin mənzillərində də ciddi korrupsiya izləri aşkarlanıb.
İraq Ali Məhkəmə Şurasının məlumatına görə, keçmiş neft nazirinin müavini ilə bağlı aparılan araşdırmada 10 milyon dollar nağd vəsait, 3 milyard İraq dinarı, çox sayda qızıl-zinət əşyaları və 40-a yaxın daşınmaz əmlak müsadirə olunub.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecə baş verən meteor yağışı Azərbaycanda belə izlənib - MARAQLI GÖRÜNTÜLƏR
-
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev"ə qarşı: Hesab açıldı - CANLI YAYIM
-
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
-
Yunanıstanın Kassandra yarımadasında yanğın səbəbindən 350-yə yaxın şəxs təxliyə edilib













